Böhran müharibədirBöhran müharibədirBöhran müharibədir
Переклад

Böhran müharibədir

Andrey Mançuk
Böhran müharibədir
Sülh kasıb postsovet ölkələri üçün həddən ziyadə qiymətli həzzdir

05.04.2016

Bir il öncə biz Ermənistanda və Azərbaycanda olduq, harada ki, biri-birinə qarşı müharibədə iştirak etmək istəməyən gözəl insanlar yaşayırlar. Onların problemlərinin necə oxşar olduğu nəzərə çarpırdı – qiymət və tariflərin qalxması, işsizlik, məmurlar və oliqarxların özbaşınalığı, vətəndaş azadlıqlarının pozulması, insanları qazanc məqsədi ilə vətənlərini tərk edib, haradasa Moskva küçələrində və avropa vağzallarında rastlaşmağa məcbur edən ümidsiz yoxsulluq. Bu səyahətdən, Ukrayna müharibəsinin faciəvi təcrübəsindən sonra, Qarabağda yeni şiddət dalğası xüsusilə ağrılı təsir bağışlayır, baxmayaraq ki, münaqişənin kəskinləşməsi əvvəldən proqnozlaşdırıla bilən idi və Qafqazda bu qorxu hələ keçən ildən hiss edilirdi. Böhran barədə İrəvanda və Bakıda eşitdiklərimiz bütün hallarda, əsas bir sualla yekunlaşırdı – bu, yeni bir müharibəyə səbəb olacaqmı və bu müharibənin qarşısını almaq mümkündürmü?

Əfsuslar, görünür, möcüzə baş vermədi, müharibə və böhran arasındakı səbəb-nəticə əlaqələri əyani nümunə olan postsovet “qaynar nöqtə”lərində yenidən öz təsdiqini tapa bilər. Müharibə kapitalist iqtisadiyyatının böhran əlamətlərini universal çözmə aləti olaraq qalmaqdadır, hələ ki lokal, demək, perspektivdə qlobal səviyyədə. Əlbəttə, geridə qalan iyirmi ildən çox müddət ərzində,avropa və dünya tarixində dəfələrlə rast gəldiyimiz kimi, Qarabağ münaqişəsinə son qoymağa, məsələni qarşılıqlı kompromis yolu ilə həll etməyə çox imkanlar var idi. Ancaq münaqişənin həllində nə xalqlarını xarici düşmən qorxusu vasitəsilə idarə etməyə öyrəşmiş yerli elita, nə də onların imperial havadarları maraqlı deyildilər.Onlar qayğıkeşcəsinə nəzarət edirlər ki, köhnə müharibənin kömürü zamanın külü altında yanmağa davam etsin və lazımi anda öz maraqları naminə nifrət təşviqindən alışqantək yararlanaraq həmin odu alovlandırsınlar. Etnik təmizləmə və hərbi əməliyyatlar qurbanlarının xatirəsi milli şüurda daima öz yerini alır, bu xatirələrin simvolik təzahürü müasir Ermənistan və Azərbaycan üçün əhəmiyyətli məkanlarda – İrəvanda məhşur soyqırım qurbanları memorialı və Bakıda Şəhidlər Xiyabanı kimi – öz əksini tapır. Siyasətçilər  bu xatirələrin barışığa zəmin yaratmaması , özü-özünü yaradan münaqişənin mənasız davamını gətirən yanar material olaraq qalması üçün əllərindən gələni edirlər.

Postsovet ölkələrinin başçıları Sun-Tzsını oxumayıblar, ancaq onlar sosial qeyri-bərabərlik üzərində qurulmuş cəmiyyətdə idarəetmənin əsas prinsiplərini çox gözəl bilirlər: müharibə sülhdən daha sərfəli və az xərclidir, o, gəlir mənbəyi kimi çıxış edir və bütün itkiləri silməyə imkan yaradır. Məhz buna görə də, sosial-iqtisadi dirçəliş olmadan stabil və möhkəm sülh, müharibədən əziyyət çəkmiş Qarabağda, Cənubi Asetiya və Abxaziyada, Donbasda, elə keçən həftə özbək-qırğız sərhədində silahların cingildədiyi orta asiya respublikaları kimi regionlarda hələ də yaranmayıb.

Sülh, öz burjuaziyaları və hakimiyyəti əldə saxlayanları tərəfindən təpədən dırnağa soyğuna məruz qalmış kasıb postsovet ölkələri üçün həddən ziyadə qiymətli həzzdir. Dağlıq erməni Alaverdisindəki mis kimyəvi kombinatından keçərkən gördüyümüz bağlı fabriklərin xarabalıqlarında, Abşeron yarımadasındakı tərk edilmiş gəmiqayırma zavodunda bomba və iriçaplı silahların izlərinə həmişə rast gəlmək olar. Axı əmək miqrasiyası heç də bütün “artıq insan”lardan xilas olmağa imkan vermir. Və əgər  işsiz vətəndaşların qəzəbini  “aqressivlər”, “separatçılar”, “işğalçılar”, “yadlar”a qarşı yönəltməsələr, vaxtı gələcək, onlar anlayacaqlar ki, əsl düşmən elə onların öz ölkələrindədir.

Gəlin xatırlayaq: son illərdə Ermənistan və Azərbaycanda on minlərlə insanın, əsasən işsiz, yaşam üçün imkanlardan məhrum gənclərin iştirak etdiyi geniş miqyaslı sosial etiraz aksiyaları keçirilmişdir. 2015-ci ilin yayında İrəvanda hakimiyyət qüvvələrinin çətinliklə yatırdığı, elektrik enerjisi tarifinin qaldırılmasına qarşı son on ildə ən böyük mitinqlər keçirildi. Onların ədalətli tələblərini Donbassın sol aktivistləri dəstəklədilər. 2016-cı ilin yanvarında Azərbaycanın bir çox regionlarında iş yerlərinin azlığı və ərzaq qiymətlərində artımlara qarşı kütləvi çıxışlar baş tutdu. Belə aksiyalar Fizuli, Ağsu, Lənkəran və Ağcabədidə müşahidə olundu. Siyəzəndə polis qüvvələri  əhaliyə qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edərək əlli beş nəfəri həbs etdi.  Sosial gərginlik Ermənistan və Azərbaycan cəmiyyətlərində dayanmadan artdı, ancaq indi, həqiqətən, regionda yeni müharibə dövrü başlasa, bu çox güman, əhali narazılığını vətənpərvər isterikanın kollektiv, ciddi və dini fanatizmlə ört-basdır etməyə şərait yaradacaq.

Beləliklə, Qarabağ münaqişəsinin qızışması gözlənilən və özlüyündə qaçınılmazdır. Hətta savaş öz kölgəsiyə bu regiondan yan keçsə belə, onun təhlükəsi yox olmayacaq və zaqafqaziya ölkələrinin bu savaşdan tam xilas ola bilmələrinə heç bir ümid yoxdur – axı iqtisadi çətinliklər ildən-ilə daha da mürəkkəb forma alır. Bununla bərabər, digər keçmiş SSRİ ölkələrində də müharibə təhlükəsi artmağa davam edir. Bəli, Rusiyada və ya “stabil” Belarusiyada yeni bir münaqişənin yaranması indi inanılmaz görünə bilər, lakin Doneçk hava limanı uğrunda döyüş və ya Luqansk vilayətinin havadan bombalanması da iki il öncəyə qədər fantastik filmin ssenarisini xatırladırdı. Buna baxmayaraq, bu, bizim reallığımıza çevrildi.

Aydındıır ki, bütün postsovet tarixi, özünün maydanları və savaşları ilə, bütövlükdə geriləmə, dağılma, korlanma prosesidir. Haradasa bu daha sürətlə inkişaf edir, haradasa bunu biraz ləngitmək mümkün olur, ancaq onun vektoru, kapitalistik bərpa vektoru, hər bir halda keçmişə; səfilliyə, savaşa, bərabərsizliyə, geriliyə, asılılığa və bu faktorlardan formalaşmış fəlakətə doğru yönəlmişdir.

Demək ki, çoxdan xarabalıq yığınına dönmüş kənd və ya sənaye sahələri uğrunda hələ çox qanlar axıdılacaq. Münaqişənin hər iki tərəfinin, vətənpərvərlərin sevinc dolu alqış sədaları müşayiətində qürurla növbəti qələbələrini elan vermək üçün. Kimsə növbəti milyonlarını qazansın, torpağa yeni cəsədlər basdırılsın deyə. Çoxdan parçalanmış dövlətlərin müxtəlif hissələrində yenidən və yenidən bu cür hallar olacaqdır, çünki kapitalizm böhrandır, böhran isə müharibədir.

Andrey Mançuk

Tərcümə: Turan Qasımov

Оригинал публикации


Підтримка
  • BTC: bc1qu5fqdlu8zdxwwm3vpg35wqgw28wlqpl2ltcvnh
  • BCH: qp87gcztla4lpzq6p2nlxhu56wwgjsyl3y7euzzjvf
  • BTG: btg1qgeq82g7efnmawckajx7xr5wgdmnagn3j4gjv7x
  • ETH: 0xe51FF8F0D4d23022AE8e888b8d9B1213846ecaC0
  • LTC: ltc1q3vrqe8tyzcckgc2hwuq43f29488vngvrejq4dq

2011-2020 © - ЛІВА інтернет-журнал